<?xml version="1.0" encoding="UTF-8"?><song><title>Sənin xeyir - duanla yaşayıram mən İL333</title>
<lyrics>[V1]
 Sənin xeyir - duanla yaşayıram mən,
 Azdıra bilməz yolumdan düşmən.
 Çünki Rəbb əlimdən tutub aparır,
 Yayınmır bir kimsə Onun gözündən.

[C1]
   Rəbb bizi Göylərə aparacaqdır,
   Salehlər oraya toplaşacaqdır.
   Rəbb Allah seçdiyi övladlarını,
   Əbədi olaraq yaşadacaqdır.

[V2]
 Sonsuz məhəbbətlə doldur qəlbimi
 Qəlbimdə məhəbbət tükənməz olsun.
 İmanda sonadək qoru Sən məni
 Qəlbim Sənin xeyir - duanla dolsun.

[V3]
 Rəbb İsa sevir hər birimizi
 Göylərdə görmək istəyir bizi.
 Təmizləyərək qəlblərimizi
 Ürəkdən sevək bir-birimizi.</lyrics>
<hymn_number>333</hymn_number>
</song>